Mübariz Kərimov küçəsinin sakinlərindən, Tərtər, Azərbaycan
Möhtərəm cənab Prezident,
44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbə münasibətilə Sizi ürəkdən təbrik edirik. Fəxr edirik ki, Sizin kimi qətiyyətli, müdrik Prezidentimiz var.
Biz tərtərlilər rayonumuza və sakinlərimizə göstərdiyiniz diqqət və qayğını həmişə hiss etmişik. Bu gün də eyni münasibət hiss olunur. Sizin tapşırığınızla rayonumuzda aparılan böyük abadlıq-quruculuq işləri bizləri çox sevindirir. Yaşadığımız Mübariz Kərimov küçəsi də daxil olmaqla, bütün küçələr təmizlənir, elektrik, rabitə, su və qaz xətləri qaydaya salınır. Yollara asfalt döşənir. Müharibədən dərhal sonra görülən bu abadlıq işləri insanların əhval-ruhiyyəsinə müsbət təsir edir, hər kəs qələbə sevinci ilə öhdəsindən gələcəyi işdən yapışır.
Biz tərtərlilərə göstərdiyiniz diqqət və qayğıya görə Sizə öz minnətdarlığımızı bildiririk.
Biz Prezidentimizlə fəxr edirik və birlikdə güclüyük!
Hörmətlə,
Mübariz Kərimov küçəsinin sakinləri adından,
Məmmədov Asəf,
Cəfərov Murad,
Baxşəliyeva Gümüş,
Baxşəliyev İlqar.
Azərbaycan Respublikası, Tərtər şəhəri.