Vasif Hüseynov küçəsinin sakinlərindən, Tərtər, Azərbaycan
Müzəffər Ali Baş Komandan,
Vətən müharibəsində qazanılan möhtəşəm qələbə münasibətilə bütün tərtərlilər adından Sizi səmimi qəlbdən təbrik edirik. Bu qələbə Sizin apardığınız müdrik siyasətin nəticəsidir. Biz düşmənə tək Vətən müharibəsində deyil, informasiya müharibəsində də qalib gəldik. Siz ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı olduğunuzu öz fədakar əməyinizlə bir daha sübut etdiniz. Bütün Azərbaycan xalqı Sizinlə fəxr edir.
Əziz Prezidentimiz, bildiyiniz kimi, müharibə dövründə ən çox dağıntılara məruz qalan ərazilərdən bir də Tərtərdir. Müharibədən dərhal sonra Tərtər rayonunda abadlıq-tikinti işləri geniş vüsət alıb. Şəhərin küçələri abadlaşdırılır, dağıntılar aradan qaldırılır, işıq, su, qaz və kommunikasiya xətləri qaydaya salınır. Bütün bunları yaşadığımız Vasif Hüseynov adına küçənin timsalında daha aydın görürük: küçəmiz, döngələr səliqəyə salınıb, asfalt döşənib, divarlar bəzək daşları və aqlayla üzlənib.
İnanırıq ki, tezliklə işğaldan azad olunmuş şəhər, qəsəbə və kəndlərimiz də Sizin diqqət və qayğınızla çiçəklənəcək və inkişaf edəcəkdir. Yüksək səviyyədə aparılan bütün bu işlərə görə Sizə dərin minnətdarlığımızı bildirir, “çox sağ olun” deyirik.
Tanrı Sizi qorusun!
Hörmətlə,
Vasif Hüseynov küçəsinin sakinləri adından,
Qəndilova Mərziyə,
Əhmədov Fazil,
Rzayeva Kəmalə,
Əbdüləzimov Səlim.
Azərbaycan Respublikası, Tərtər şəhəri.