Tülin Berrakdan, Trabzon, Türkiyə
Hörmətli Prezidentim İlham Əliyev,
Mən 16 yaşında məktəbliyəm, bir türk qızıyam. Adım Tülin Berrak Uzundur.
Zəfər gününüz mübarək olsun!
Müzəffər Ali Baş Komandan İlham Əliyev, 30 illik həsrət və göz yaşı artıq geridə qaldı. 44 gün ərzində şanlı Azərbaycan Ordusu Ermənistana qalib gəldi. Onlar Ali Baş Komandanımızın “dəmir” yumruğunun gücünü gördülər. Düşmənləri doğma torpaqlarınızdan qovdunuz. Qarabağ əzəli Azərbaycan torpağıdır. Biz hər gün sizlər üçün dualar etdik. Çox şükür, Azərbaycan Ordusu müzəffər oldu. Biz tək millət, iki dövlət olaraq bütün dünyaya gücümüzü göstərdik.
Şanlı Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyev, Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm. Böyük zəfərinizi ürəkdən təbrik edirəm. Hörmətli Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və biz, türk xalqı olaraq Sizin yanınızdayıq.
Düşmənlərimiz azad olunmuş torpaqlardakı məscidlərimizi viran qoyublar. Bilirəm ki, Sizin sayənizdə bu məscidlər yenidən bərpa olunacaq. Mən də bu işlərdə payım olsun deyə bir günlük xərcliyimi Qarabağ Dirçəliş Fonduna köçürülməsi üçün göndərirəm. İnşallah, dağılan evlərimizi, məscidlərimizi birlikdə yenidən quracaq, yollarımızı bərpa edəcəyik.
Trabzondan Sizə sevgilərimi və salamlarımı göndərirəm. Bir gün mütləq Qarabağa gəlmək və Şuşanı görmək çox istərdim.
Allah yar və yardımçınız olsun, qəhrəman Ali Baş Komandan!
Hörmətlə,
Tülin Berrak Uzun
Türkiyə Respublikası, Trabzon şəhəri.