26 yanvar 2021, 14:23

Raisa Vəliyevadan, Sabirabad, Azərbaycan

Müzəffər Ali Baş Komandan!

Bu günlərdə Sizin rəhbərliyin altında qəhrəman Ordumuzun şücaəti sayəsində doğma torpaqlarımızın işğaldan azad olunması sevincini yaşayırıq. Bütün xalqımız buna görə Sizə minnətdardır. Biz Sizin kimi cəsarətli, humanist bir Prezidentimiz olduğu üçün fəxr edirik.

Biz əminik ki, uzun illərdir yurd həsrəti çəkən vətəndaşlarımız tezliklə doğma el-obalarına qayıdacaq, daha xoşbəxt və firavan yaşayacaqlar.

Hörmətlə,

Vəliyeva Raisa

Azərbaycan Respublikası, Sabirabad şəhəri.