26 yanvar 2021, 13:55

Lətifə Mikayılovadan, Sabirabad, Azərbaycan

Möhtərəm cənab Prezident,

Ötən ilin sonlarında Siz xalqımıza böyük qələbə əzmini yaşatdınız. İllərlə həsrətini çəkdiyimiz əzəli torpağımız olan Qarabağımızın azad edilməsi bizi sevinc göz yaşlarına boğdu. Bu sevinci və qüruru bizlərə yaşatdığınız üçün Sizə ürəkdən minnətdarıq.

Sizin rəhbərliyiniz altında bizim cəsur və igid döyüşçülərimiz bu zirvəni canları və qanları bahasına fəth etdilər, doğma torpaqlarımızı düşmən tapdağından azad etdilər.

Bu gün bütün xalqımız Sizinlə fəxr edir, cənab Prezident. Allah Sizi bu xalqın başının üstündən əskik etməsin!

Hörmətlə,

Mikayılova Lətifə

Azərbaycan Respublikası, Sabirabad şəhəri.