Dursun Karadan, Kayseri, Türkiyə
Azərbaycanın göz-bəbəyi, əziz və hörmətli Prezidentim İlham Əliyev,
İlk öncə Sizi, azərbaycanlı qardaşlarımı Qarabağın işğaldan azad olunması münasibətilə ürəkdən təbrik edirəm.
Mən Türkiyənin Kayseri vilayətinin Talas rayonunda yaşayan bir müəlliməm.
Əziz Prezidentim, 1990-cı illərdə digər Türk dövlətləri ilə birlikdə müstəqillik qazananda çox sevinmişdik. Lakin Azərbaycan Ordusu tam formalaşmadığına görə Qarabağ erməni terrorçuları tərəfindən işğal olundu. Mən o illərdə tələbə idim. Müəllimlərimiz və dostlarımızla birlikdə şəhər meydanlarında, salonlarda erməni kafirlərini qınayan nümayiş və iclaslar keçirirdik. “Qarabağ Türkündür, Türkün də qalacaq”, “Qarabağ Azərbaycanındır, Azərbaycanın da qalacaq” deyə hayqırırdıq. O gündən bu günə mərhum atanız Heydər Əliyev və Siz böyük əmək və səy göstərdiniz. Buna görə hamınıza hörmət və təşəkkürlərimizi bildiririk.
Uca Yaradanın köməkliyi ilə 44 günlük müharibənin sonunda Azərbaycan qalib gəldi. Sizin “Nə oldu, Paşinyan?” videonuza dəfələrlə baxdıq və qürur duyduq.
18 dekabrda Azadlıq meydanında Prezidentimiz hörmətli Ərdoğanla Sizi yan-yana, çiyin-çiyinə, Qələbəmizi “Bir millət, iki dövlət” olaraq qeyd edərkən gördük, “Əlhəmdülillah” dedik. Bu Qələbə mərasimi bizləri çox duyğulandırdı. Çox sevindik, ürəklərimiz fərəhləndi, haqq yerini tapdı.
Biz uşaqlıqdan “Çırpınırdın Qara dəniz” mahnısı ilə böyümüşük. 25 illik müəllimlik həyatımda şagirdlərim bu mahnını bir yerdə əzbər deyərək böyüyüb və indi də böyüyürlər. Bu can bu bədəndə olana qədər belə də olacaq.
Əziz Prezidentim cənab İlham Əliyev, bizə - türk xalqına çətin günlərdə verdiyiniz mənəvi dəstəyi unutmadıq. Sizə təşəkkür edirik.
Ermənilərin azərbaycanlı qardaşlarımıza və qurtuluş mübarizəsi apardığımız 1914-cü ildə bizlərə etdikləri zülmü unutmadıq, heç vaxt da unutmayacağıq. Xocalı soyqırımını unutmadıq. Türk Dünyasının bu günlərə necə gəldiyini bilirik, çəkdiyi sıxıntıları bilirik.
Hörmətli Prezidentim, azərbaycanlı qardaşlarıma da hörmət və salamlarımı göndərirəm. Mübarək Qarabağ Qələbəmizin yeni qələbələrin müjdəçisi olmasını Uca Allahdan diləyirəm.
Hörmətlə,
Dursun Kara
Türkiyə Respublikası, Kayseri vilayəti, Talas rayonu.