19 yanvar 2021, 11:11

Cəsur Ələkbərovdan, Ağcabədi, Azərbaycan

Hörmətli İlham baba,

Bu məktubu Sizə yazan 11 yaşlı Cəsur Ələkbərovdur. Mən Ağcabədi rayonunun Qaraxanlı kənd tam orta məktəbinin 6-cı sinif şagirdiyəm.

Mən ailəmdə və Sizdə Vətənə qarşı olan məhəbbəti görüb böyüyəndə gələcəyin bir əsgəri və zabiti kimi Vətənimin, dövlətimin və xalqımın müdafiəsi uğrunda xidmət edəcəyimi bildirir və and içirəm.

Allah Sizi başımızın üstündən əskik etməsin!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Ələkbərov Cəsur Nəsimi oğlu, şagird.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Qaraxanlı kəndi.