18 yanvar 2021, 14:11

Ayaz Hüseynovdan, Sumqayıt, Azərbaycan

Müzəffər Ali Baş Komandan!

Bir Azərbaycan Respublikasının vətəndaşı olaraq, bir adi insan olaraq Sizə şəxsən öz adımdan və ailəm adımdan təşəkkür etmək istəyirəm. Sizin qətiyyətli mövqeyiniz, düzgün siyasətiniz, iradəli və güclü xarakteriniz sayəsində bu gün bizlər bu şərəfli günləri yaşayırıq. Tarixə nəzər salsaq son 200 il ərzində biz bir çox əzəli və tarixi torpaqlarımızı itirmişik. Lakin bu gün Sizin göstərdiyiniz düzgün mövqe, qətiyyət sayəsində biz Qarabağımızı geri qaytarmışıq. Mədəniyyət beşiyi olan Şuşamızı geri qaytarmışıq. Sizin sayənizdə bu gün dünyanın bir çox güclü dövlətləri ölkəmizin və Ordumuzun qüdrətini gördü. Mən əslən Qərbi Azərbaycandan olan bir azərbaycanlı kimi, bir türk kimi ümid edirəm və inanıram ki, Sizin iradəniz altında biz Azərbaycanın tarixi və əzəli torpağı olan mənim ata yurdum Zəngəzuru geri qaytaracağıq. Mən Sizə və Sizin apardığınız ağıllı və düzgün siyasətə inanıram. Verdiyiniz bütün qərarları və əmrləri yerinə yetirməyə hər zaman hazırıq.

Hörmətlə,

Hüseynov Ayaz Ədalət oğlu

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.