13 yanvar 2021, 11:27
Təvəkkül Əliyevdən, Bakı, Azərbaycan
Hörmətli və əziz Prezident,
Sizi şanlı qələbəmiz münasibətilə ürəkdən təbrik edirəm. Bir şuşalı kimi keçirdiyim qürur hissi ölçüyə gəlməzdir. Bu hissi bizə yaşatdığınız üçün Sizinlə fəxr edir, dərin minnətdarlığımızı bildiririk.
Xalqımız Sizi çox sevir. Yolunuz daim açıq və uğurlu olsun, cənab Prezident! Sizi səmimiyyətlə əmin edirəm ki, bir şuşalı olaraq ailəliklə doğma Şuşa şəhərinə qayıdacağımız günü səbirsizliklə gözləyirik.
Hörmətlə,
Əliyev Təvəkkül Böyükkişi oğlu,
Şuşa şəhərindən məcburi köçkün.
Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.