12 yanvar 2021, 18:38
Aytən Haqverdiyevadan, Mingəçevir, Azərbaycan
Əziz və hörmətli cənab Prezidentimiz,
Bu gün qürur hissi ilə Sizə deyə bilərik ki, 30 il həsrətində olduğumuz Qarabağı 44 gün ərzində azad etdiniz və bütün dünyaya Azərbaycan dövlətinin və xalqının yenilməz və güclü olduğunu göstərdiniz. Buna görə Sizə sonsuz təşəkkürümüzü bildiririk.
Sizin bu uzaqgörən siyasətinizi və Qələbənizi nur şəhəri olan Mingəçevir sakinləri ürəkdən dəstəkləyir.
Yaşasın Azərbaycan xalqı! Yaşasın yenilməz Azərbaycan Ordusu! Yaşasın Ali Baş Komandan!
Hörmətlə,
Haqverdiyeva Aytən Asif qızı
Azərbaycan Respublikası, Mingəçevir şəhəri.