21:55
“Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
31 dekabr 2020, 18:25Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
“Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 748, № 11, maddə 1093; 2010, № 4, maddə 276; 2016, № 11, maddə 1772; 2017, № 5, maddə 704, № 12 (I kitab), maddə 2252; 2018, № 12 (I kitab), maddə 2501; 2019, № 1, maddə 3) aşağıdakı məzmunda 13.3-1-ci maddə əlavə edilsin:
“13.3-1. Hər büdcə ili üzrə qəbul edilən dövlət büdcəsi haqqında qanunda nəzərdə tutulan hallarda Təminat Fondunun vəsaitindən dövlət büdcəsinə transfert (köçürmə) edilməsi üçün istifadə oluna bilər. Təminat Fondundan dövlət büdcəsinə edilmiş transfertin (köçürmənin) məbləği dövlət büdcəsinin gəlirlərinə, Təminat Fondunun isə xərclərinə aid edilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2020-ci il.
21:55
20:29
11:58
11:45
19:22
Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə
Zati-aliləri cənab İlham Əliyev.
Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
“Azərbaycan Hava Yolları”nın sərnişin təyyarəsinin Qazaxıstan ərazisində...
17 yanvar 2025, 19:2217:17
15:50
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, möhtərəm İlham Heydər oğlu.
Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində həlak olan Azərbaycan...
17 yanvar 2025, 15:5014:08
13:33
12:55
Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə
Cənab Prezident.
"Azərbaycan Hava Yolları"na məxsus təyyarənin dekabrın 25-də faciəvi şəkildə qəzaya uğraması və 38 nəfərin ölümü, 29 nəfərin yaralanması ilə...
17 yanvar 2025, 12:5513:26
PDF yükləyin
16 yanvar 2025, 13:2613:24
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, “Rəqəmsal inkişaf sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 aprel tarixli...
16 yanvar 2025, 13:24