28 dekabr 2020, 12:44

Humay Hüseynovadan, Qəbələ, Azərbaycan

Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan,

Mən qürur hissi ilə döyüşə gedən və Vətən müharibəsində qəhrəmanlıqla şəhid olan qardaşlarımın balaları - İqbal Babayev və Ağaşirin Babayevi "Vətən Uğrunda" medalı ilə təltif etdiyinizə görə Sizə minnətdarlığımı bildirirəm.

Mən bir bibi kimi Uca Allahdan arzu edirəm ki, Sizin "dəmir yumruğunuz" hər zaman möhkəm olsun, düşmənlərin qorxusuna çevrilsin.

Allah Sizi ölkəmizin başının üstündən əskik etməsin. Uca Allahdan Sizə cansağlığı, bir sərkərdə kimi Sizə hər zaman qələbə və firavan həyat arzulayıram.

Mən məktubumu atam Baba Babayevin 1993-cü ildə yazdığı şeir ilə bitirmək istəyirəm:

Düşmən təslim olmaz yumruq görməsə,

Yumruq gücdən düşər birgə dəyməsə.

Düzlənib sıraya, yola düşürük,

Birgə and içmişik, hamımız birik!

Çox sağ olun!

Hörmətlə,

Hüseynova Humay Baba qızı

Azərbaycan Respublikası, Qəbələ rayonu, Daşca kəndi.