26 dekabr 2020, 12:18

Rauf İsmayılov və başqalarından, Gəncə, Azərbaycan

Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan!

Bu günlərdə Sizin bizə bəxş etdiyiniz Qələbə sevinci hər birimizdə həm qürur, həm də fəxarət hissələrini daha da artırdı. Əlbəttə, Vətənin hər qarışı bizim üçün müqəddəsdir. İşğal altında olan torpaqlarımızın düşməndən azad olunması kimi müqəddəs amalda, haqq işində Sizin müzəffər Komandanlığınız və əsgərlərimizin, zabitlərimizin cəsurluğu sayəsində bütün dünyaya birliyimizi, gücümüzü nümayiş etdirdik.

Hamımızın qəlbində yara kimi qalmış olan acımızı Siz təsəlli etdiniz, həm də Qələbə bəxş etməklə. Heç bir şəhidimizin qanını yerdə qoymadınız.

Bizim “Maxi” marketin kollektivinin üzvlərindən də Vətən müharibəsində şəhid oldu. Siz müzəffər Prezident, bütün çətinliklərə baxmayaraq hər bir şəhidə olduğu kimi Gəncə şəhidlərinin də hər birinin ailəsinə böyük diqqət və qayğı ilə yanaşdınız. Səmimi və qürurverici hisslərlə fəxr edirik ki, bizim Sizin kimi Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız var. Sizi əmin edirik ki, bizim hər birimiz bir yumruq kimi daim yanınızdayıq.

Uca yaradan Sizi, Azərbaycanımızı və birliyimizi qorusun!

Hörmətlə,

İsmayılov Rauf,

Məmmədov Xəlil,

Qəhrəmanova Lalə,

Gülməmmədova Yeganə,

Cəfərov Yusif.

Azərbaycan Respublikası, Gəncə şəhəri.