Şahvələd Nəcəfovdan, Şəmkir, Azərbaycan
Möhtərəm cənab Prezident!
Əvvəla Sizi, qardaş Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanı və şanlı Ordumuzu qələbə münasibətilə təbrik edirəm.
Beynəlxalq ictimaiyyət və təşkilatlar 30 ilə yaxın işğal altında olan torpaqlarımızın qaytarılmasına biganə yanaşdılar. Lakin ulu öndərimiz Heydər Əliyevin və Sizin uzaqgörən daxili və xarici siyasətiniz nəticəsində biz qələbə çaldıq. Neçə illərin həsrəti bitdi və sonda Qarabağ bizim oldu. Qarabağ Azərbaycandır! Allah Sizi və əsgərlərimizi qorusun! Yaşasın Ali Baş Komandan! Yaşasın müzəffər Ordumuz! Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!
Bu gün ölkəmizin bütövlüyü naminə işğalda olan torpaqlarımızın qaytarılması uğrunda göstərdiyiniz şücaət, yürütdüyünüz uğurlu daxili və xarici siyasət hamı kimi biz şəmkirliləri də ürəkdən sevindirir. Qəhrəman, igid, cəsur oğullarımız səngərlərdə düşmənə qan uddurdular. Siz yağı düşməndən qorxmadan, çəkinmədən neçə illik müharibəyə Qələbə ilə son qoydunuz. Bu günədək heç kim bu cür qəhrəmanlıq göstərməmişdir. Azərbaycan xalqı və şanlı Ordumuz Sizin rəhbərliyinizlə tariximizin yeni şərəf və ləyaqət səhifəsini tarixə qızıl hərflərlə yazdı.
Yaradan Sizi üzü nurlu, təbəssümlü, gözləri parlaq yaradıb, cənab Prezident! El-oba hörməti, el məhəbbəti qazanmısınız. Daim xalqla birsiniz. Azərbaycan xalqı olaraq Sizin arxanızdayıq, Sizi dəstəkləyirik. İlhamla daim irəli!
Allahdan Sizə və ailənizə cansağlığı, işlərinizdə yeni-yeni nailiyyətlər arzulayırıq!
Hörmətlə,
Nəcəfov Şahvələd Qələm oğlu
Azərbaycan Respublikası, Şəmkir rayonu, Dəllər Daşbulaq kəndi.