Uğurlu Cəfərovdan, Goranboy, Azərbaycan
Azərbaycan xalqının başının tacı, tariximizi təzələyən, Azərbaycan xalqının ömrünə ömür qatan ömürlük Prezidentimiz!
Biz Azərbaycan xalqı Sizin ətrafınızda sıx birləşmişik. Mənim kimi yüzlərlə insan Sizə qurbanlar deyib!
Əminik ki, Sizin sayənizdə işğaldan azad edilmiş şəhər və rayonlarımız qısa müddətdə bərpa olunacaq, həmin yerlərdə həyat yenidən canlanacaq. Kəlbəcər rayonunda hər hansı bir binanın açılışını etsəniz, Sizin ayaqlarınız altında qurban dediyim cöngəni kəsəcəyəm.
Arzu edirəm ki, Kəlbəcərin məşhur İstisu qəsəbəsindəki sanatoriya yenidən ərsəyə gətirilsin və Sizin adınızı daşısın. Azərbaycan xalqı daim Sizə borcludur. Siz tarixdə görülməyən yeni tarix yazdınız. Allah Sizi və ailənizi qorusun!
Hörmətlə,
Cəfərov Uğurlu Təhməz oğlu,
Birinci Qarabağ müharibəsi iştirakçısı.
Azərbaycan Respublikası, Goranboy rayonu, Erkeç kəndi.