Tosif Mirzəyevdən, Astara, Azərbaycan
Salam Müzəffər Ali Baş Komandan!
Siz 30 ilə yaxın sürən amansız ayrılığa, torpaq həsrətinə ədalətli şəkildə, Qələbə ilə son qoydunuz. Müqəddəs torpaqlarımızı işğaldan azad edərək tariximizin ən şanlı səhifəsini qızıl hərflərlə yazdınız və bu şərəfli salnamənin müəllifinə çevrildiniz. Bütün Qarabağın əsl sahibinin məhz Azərbaycan xalqı olduğunu dünyaya məğrurcasına bəyan etdiniz. Bu məğrurluq bu gün hər bir azərbaycanlıda hiss olunur. Niyə də hiss olunmasın axı! Qalib xalq olmaqdan, böyük Qələbə sevinci yaşamaqdan yaxşı nə ola bilər ki...
Əziz Prezidentimiz, Qələbəmiz münasibətilə Sizi təbrik edir, Sizə uzun ömür, cansağlığı arzu edirəm. Allah Sizi qorusun, şəhidlərimizə rəhmət eləsin. Amin!
Hörmətlə,
Mirzəyev Tosif Asim oğlu
Azərbaycan Respublikası, Astara rayonu, Təngərüd kəndi.