24 dekabr 2020, 12:18

Arzu Cahangirovadan, Bakı, Azərbaycan

Cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Sizi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanı Vətən müharibəsində müzəffər Azərbaycan Ordusunun əldə etdiyi möhtəşəm qələbələr münasibətilə ürəkdən təbrik edirəm. Möhtərəm Ali Baş Komandan! Sizin qətiyyətli və inamlı addımlarınız, müdrik siyasətiniz sayəsində ölkəmizin neçə-neçə kənd və şəhəri, eləcə də qədim mədəniyyət və incəsənət mərkəzimiz–Azərbaycanımızın incisi olan Şuşa şəhəri yağılardan azad edilib. Bu şad xəbəri məhz Sizdən eşitdiyim anlarda keçirdiyim hissləri heç zaman unutmayacağam, ömrüm boyu qəlbimdə, ürəyimdə yaşayacaq.

Möhtərəm Ali Baş Komandan! Mənə və ailəmə, çalışdığım kollektivə bu səadəti–Böyük Qələbəni yaşatdığınıza görə Sizinlə və müzəffər Ordumuzla döyüşçü anası olaraq sonsuz qürur duyuram, Şəhidlərimizin ruhunun şad olmasını diləyirəm, yaralı əsgərlərimizə isə Allahdan şəfa arzulayıram.

Cənab Prezident! Azərbaycan tarixinə yeni bir şərəfli səhifə yazdığınız, ulu öndərin təməlini qoyduğu zəfər Bayrağımızı daha yüksək zirvələrdə dalğalandırdığınız üçün Sizinlə fəxr edirəm!

Məğlubedilməz Sərkərdəmiz möhtərəm İlham Əliyev! Bu taleyüklü günləri bizə yaşatdığınız, ömrümüzə ən xoşbəxt, bəxtəvər anlar, saatlar bəxş etdiyiniz üçün bir daha Sizə dərin minnətdarlığımı bildirirəm!

Hörmətlə,

Arzu Cahangirova, təhsil işçisi, döyüşçü anası.

Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.