24 dekabr 2020, 11:43

Murad Rəhimovdan, Bakı, Azərbaycan

Müzəffər Ali Baş Komandan.

Mən Rəhimov Murad Şahin oğlu 3-cü sinif şagirdiyəm. Mən Ordumuzun qələbəsi ilə fəxr edirəm. Ordumuzun Sizin kimi Sərkərdəsi olduğu üçün çox sevinirəm. Mən Sizinlə fəxr edirəm. Mən Sizin çıxışlarınızı bu 44 günlük vətən müharibəsi vaxtı hər dəfə səbirsizliklə gözləyirdim. Mənim babam Qarabağlıdır. Mən o gözəl torpaqları görməyi çox arzu edirəm. Vətənimizin hər qarış torpağı bizə əzizdir və doğmadır. Allah şəhidlərimizə rəhmət eləsin. Allah Sizi, ailənizi, millətimizi və müzəffər Ordumuzu qorusun. Amin.

Hörmətlə,

Rəhimov Murad Şahin oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.