24 dekabr 2020, 10:26

Rasim Hüseynovdan, Neftçala, Azərbaycan

Yaşa, Ali Baş komandan!

Öndərimin yadigarı,

Vətənimin mərd övladı,

Dəyanətin, qürurunla

Yaşa, Ali Baş Komandan!

Xalqa böyük dayaq oldun

Gecə-gündüz oyaq oldun

Qələbəyə soraq oldun

Yaşa, Ali Baş Komandan!

Müzəffər bir ordu qurdun

Düşmənlərə qan uddurdun

Dərd-qəmimi unutdurdun

Yaşa, Ali Baş Komandan!

Prezident oldun bizə

Sülh gətirdin elimizə

Zəfər qatdın gücümüzə

Yaşa, Ali Baş Komandan!

Azərbaycan diyarımın

Cənnət dolu torpağımın

Toy-düyünlü növrağımın

Yaşa, Ali Baş Komandan!

İllər boyu sevinmədin

Heç bir zaman öyünmədin

Dost-düşmənə güvənmədin

Yaşa, Ali Baş Komandan!

Otuz illik Qarabağda

İşğal olan torpağımda

Ucaltdın sən bayrağı da

Yaşa, Ali Baş Komandan!

Əziyyətlə ordu qurdun

Güvənc verdin, ümid verdin

Torpaqları azad etdin

Yaşa, Ali Baş Komandan!

Yağılardan qisas aldın.

Qalib gəlib, zəfər çaldın.

Şəhidləri həp yaşatdın

Yaşa, Ali Baş Komandan!

Daim məğrur dayandın Sən

Əyilmədən kimsələrə

Qələbəni qazandın Sən

Yaşa, Ali Baş Komandan!

Sən şərəfli Prezidentim

Düşmənləri ,əzib, keçdin

Qarabağı şüar etdin

Yaşa, Ali Baş Komandan!

Üçrəngli al bayrağım da

Dalğalandı Qarabağda

Bərəkətli torpağımda

Yaşa, Ali Baş Komandan!

Hörmətlə,

Hüseynov Rasim Hüseynbaba oğlu.

Azərbaycan Respublikası, Neftçala rayonu.