Canəli Əkbərovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizi çoxsaylı ailə üzvlərim və qohum-əqrəbam adından qazandığınız zəfərlər münasibətilə ürəkdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, Vətənimizin xoşbəxt gələcəyi naminə gördüyünüz gərgin işlərdə daha böyük uğurlar arzulayıram.
Siz Ali Baş Komandan olaraq ulu öndərimiz Heydər Əliyevin vəsiyyətinə əməl edərək, bu il gözəl Qarabağı mənfur erməni işğalından azad etməklə müzəffər adınızı xalqımızın ürəyinə və tarixinə qızıl hərflərlə əbədi həkk etdiniz.
Qələbə paradında Sizin qardaş Türkiyənin çox hörmətli Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə iştirakınız bütün dünyaya Türkiyə-Azərbaycan qardaşlığının əyani sübutu idi. Bu taleyüklü tarixi günlərdə Siz və hörmətli Mehriban xanım Əliyeva həmişə xalqa arxa oldunuz, müharibə iştirakçılarına, qazilərə, şəhidlərimizə, imkansızlara, onların ailələrinə böyük qayğı, dəstək göstərdiniz. Mən özüm bir qocaman sənətkar kimi mənə göstərdiyiniz diqqət və qayğıya görə Sizdən həmişə razı olmuşam və Sizi hər zaman, hərtərəfli dəstəkləmişəm.
Bir daha Sizi ürəkdən təbrik edir və ən xoş arzularımı bildirirəm. Azərbaycan xalqının xoş gələcəyi naminə Allah Sizi və ailənizi qorusun.
Dərin hörmətlə,
Əkbərov Canəli Xanəli oğlu,
Xalq artisti, “Şərəf", “Şöhrət” və 1-ci dərəcəli "Əmək” ordenli professor.
Azərbaycan Respublikası, Bakı şəhəri.