23 dekabr 2020, 17:38

Şamxal Məmmədovdan, Naftalan, Azərbaycan

Cənab Ali Baş Komandan.

Əvvəla Sizə dərin minnətdarlığı bildirirəm. Sizin və rəşadətli Ordumuzun sayəsində torpaqlarımız işğaldan azad edildi.

Mənim atam Xocalıdandır. Çox istəyirəm ki, doğma yurdumuza gedim. Allahın izni ilə bu arzum yerinə yetəcək. Hər il Xocalı faciəsi günü gözlərim dolurdu. İndi isə torpağım işğaldan azad edildiyi üçün böyük sevinc, qürur hissi duyuram.

Sizə bir daha dərin minnətdarlığımı bildirirəm. Allah şəhidlərimizə rəhmət diləyirəm.

Hörmətlə,

Məmmədov Şamxal Vüqar oğlu.

Azərbaycan Respublikası, Naftalan rayonu.