Aytəkin Əliyevadan, Beyləqan, Azərbaycan
Cənab Müzəffər Ali Baş Komandan.
Otuz il işğal altında qalan torpaqlarımız uzaqgörən siyasətiniz nəticəsində mənfur düşməndən azad olundu. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Zəfərimiz Sizin və yenilməz Ordumuzun birgə Qələbəsi oldu. Minlərlə Vətən övladı müqəddəs torpaqlarımızın geri qaytarılmasında igidlik göstərərək şəhidlik zirvəsinə ucaldı. Sizin vəd etdiyiniz kimi, üçrəngli bayrağımız Qarabağın hər bir bölgəsində qürurla dalğalandı.
Mən şəhid İlyas Nəsirovun həyat yoldaşı, Azərbaycan tarixi müəllimi kimi Sizə minnətdarlığımı bildirirəm. İlyas kimi minlərlə oğulların qanı yerdə qalmadı. Vətənpərvər azərbaycanlı kimi Sizin uğurlu siyasətiniz və uzaqgörən addımlarınızla fəxr edirik. Var olun. Tanrı Sizi qorusun. Siz bizim güvənimiz, qürur yerimizsiniz.
Dərin hörmətlə,
Əliyeva Aytəkin Məhəmməd qızı.
Azərbaycan Respublikası, Beyləqan rayonu, Milabad qəsəbəsi.