23 dekabr 2020, 17:13

Qəni Məmmədovdan, Zaqatala, Azərbaycan

Çox hörmətli Prezident!

Siz elə böyük bir iş gördünüz ki, bu işin müsbət qiymətini və ya tərifini layiqincə ifadə etməyə, mənə elə gəlir ki, heç bir şairin və ya jurnalistin qüdrəti çatmaz.

Çox hörmətli Prezident, mən şəhid atasıyam, Siz mənim ürəyimdə qaysaq bağlamış yarama elə bir məlhəm qoydunuz ki, onu heç bir loğman həkim bacarmazdı. Mən ikinci dünya müharibəsi haqqında kitablar oxumuşam və filmlərə baxmışam. Alman faşistlərinin etdikləri qəddarlıqlar, erməni cəlladlarının etdiklərinin yanında heç bir şeydir. Çox həyəcanlıyam, Sizin gördüyünüz işlərin tərifini verməyə sözlər belə acizdir. Təkcə onu deyə bilərəm ki, dünya prezidentləri sıraya dursun və mənim Prezidentim İlham Əliyev Komandan olsun.

Bir daha Sizi bütün xalqımızı bu Qələbə münasibətilə ürəkdən təbrik edirəm. Allah Sizi qorusun və Sizi bizə çox görməsin.

Hörmətlə,

Məmmədov Qəni Vəli oğlu, şəhid atası

Azərbaycan Respublikası, Zaqatala rayonu, Muxax kəndi.