Mikayıl İsmayılovdan, Şamaxı, Azərbaycan
Hörmətli cənab Ali Baş Komandan.
Sizi Vətən müharibəsində qazanılan Qələbə münasibətilə təbrik edirəm. Sizin rəhbərliyinizlə qazanılan zəfərlərdən sonra Azərbaycan üçün yeni dövr başlayır. Yeni dövrdə biz artıq qalib xalq kimi çıxış edəcəyik. Biz bu şərəfli adı Sizin uzun illər yorulmadan göstərdiyiniz səylərin, gərgin fəaliyyətinizin, xalqımızın birliyinin, şəhidlərimizin canı, qanı sayəsində əldə etdik.
Sizin uzaqgörən siyasətiniz sayəsində şanlı Ordumuz Azərbaycanın adını ucaltmağa nail oldu. Biz artıq öz gücümüzə inanan, gələcəyə nikbin baxan xalqıq.
Sizə uzun ömür, cansağlığı arzu edirəm.
Uca Allah Sizi xalqımızın üstündən əskik etməsin.
Hörmətlə,
İsmayılov Mikayıl Qibləli oğlu.
Azərbaycan Respublikası, Şamaxı rayonu, Mirikənd kəndi.