18 dekabr 2020, 14:17

Ədhəm Məmmədovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Azərbaycanın dəfələrlə Ermənistana təxribatçı əməllərinə son qoymasına dair çağırışlar etmişdi. Lakin işğalçı Ermənistanın sülh prosesini pozaraq Azərbaycanı müharibəyə sürükləmək cəhdi onlara çox ağır itkilərə başa gəldi. 44 gün ərzində Sizin əmrinizlə müzəffər Azərbaycan Ordusu Ermənistana sarsıdıcı zərbələr endirərək işğal olunmuş torpaqlarımzı geri aldı.

Bakının Nərimanov rayonundakı Milli Qəhrəman və şəhid ailələri də düşmən üzərində bu tarixi Qələbəni alqışlayır, Sizin simanızda dünya azərbaycanlılarını təbrik edirlər.

Azərbaycan Respublikası Milli Qəhrəmanlarının Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyi daimi olaraq şəhid ailələrinə, şəhid Milli Qəhrəman və aztəminatlı ailələrə təmənnasız sosial və tibbi yardımlar göstərir, o cümlədən təbliğat işi aparırıq.

Qarabağ döyüşləri zamanı şəhid olanlara Allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyirik.

Tanrı Sizi və xalqımızı qorusun! Qarabağ Azərbaycandır!

Hörmətlə,

Məmmədov Ədhəm, Azərbaycan Respublikası Milli Qəhrəmanlarının Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyinin sədri.

Azərbaycan Respublikası, Bakı şəhəri.