14 dekabr 2020, 18:10
Arif Balayevdən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Ürəyim sözlə doludur, sevinc və fərəh hissi ilə yaşayıram. Ulu öndər Heydər Əliyevin dağılmaqdan xilas edib qoruduğu Azərbaycanı Siz inkişaf etdirib əzəmətli, məğrur dövlətə çevirdiniz. Siz bizim qürurumuzu qaytardınız. Siz bütün türk xalqlarının qəhrəmanına çevrildiniz.
Cənab Prezident, illər keçəcək, Vətən müharibəsindəki Qələbəmiz və Sizin Ali Baş Komandan, Prezident kimi fəaliyyətiniz, xidmətləriniz dillərdə əfsanəyə çevriləcəkdir. Var ol, böyük türk millətinin Xalq Qəhrəmanı! Yaşasın Azərbaycan!
Hörmətlə,
Balayev Arif Tofiq oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu.