14 dekabr 2020, 15:00
Hürü Quliyevadan, Gəncə, Azərbaycan
Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan.
Bu məktubu Sizə Gəncə şəhərində məskunlaşan xocalılı məcburi köçkünlər adından yazıram.
Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda göstərdiyiniz cəsarəti və böyük dəyanəti yüksək qiymətləndirir, işğal altındakı torpaqlarımızın azad edilməsinə görə bütün xocalılılar adından Sizə dərin minnətdarlığımı bildirirəm.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurla dolsun.
Ulu Tanrıdan Sizə möhkəm cansağlığı arzu edirik. Siz 28 il həsrətlə gözlədiyimiz sevinci bizə yaşatdınız. Sevincimizin həddi-hüdudu yoxdur.
Bu yol haqq yoludur. Bu yol Ulu Öndər yoludur.
Dərin hörmətlə,
Quliyeva Hürü, Xocalıdan məcburi köçkün.
Azərbaycan Respublikası, Gəncə şəhəri.