12 dekabr 2020, 13:28
Kamal Allahverdiyev və Sabir Paşayevdən, Ağdam, Azərbaycan
Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan!
Sizi və müzəffər Ordumuzu torpaqlarımızın işğaldan azad olunması münasibətilə təbrik edir və sonsuz minnətdarlığımızı bildiririk.
Biz ağdamlılar Qələbə çalacağımıza tam əmin idik. Çünki Sizin kimi Ali Baş Komandanı və mətin Ordusu olan dövlətə ancaq Qələbə yaraşar.
Biz Sizinlə fəxr edir, müzəffər Ordumuzla qürur duyuruq.
Hörmətlə,
Allahverdiyev Kamal Rahib oğlu,
Paşayev Sabir Paşa oğlu.
Azərbaycan Respublikası, Ağdam rayonu, Dördyol qəsəbəsi.