11 dekabr 2020, 19:48

Niyətxan Cəbrayılovdan, Qobustan, Azərbaycan

Müzəffər Ali Baş Komandan!

44 gün davam edən İkinci Qarabağ savaşında Azərbaycanın bir neçə yüzillik dövlətçilik tarixində misli görünməmiş hərbi və siyasi Qələbənizi hər bir Azərbaycan vətəndaşı kimi mən də ürəkdən alqışlayıram.

Sizin səylərinizlə yaranmış Xalq və Ordu birliyi erməni faşizmi və onların havadarları üzərində qazandığımız Qələbənin ən böyük və başlıca amilidir.

Ermənistan Ordusunda on minlərlə fərari olduğu halda, Sizin Ali Baş Komandan olduğunuz Azərbaycan Ordusunda bir dənə də olsun fərari olmadı. Çünki biz öz əzəli və əbədi torpaqlarımız uğrunda vuruşurduq, yaralı əsgərlərimiz yarası sağalmamış Orduya can atmaları da bunun əyani sübutu idi.

Cənab Prezident! Möhtərəm Ali Baş Komandan! Şəxsən Sizi ürəkdən sevərək ətrafınızda sıx birləşən dünya azərbaycanlılarını, bütün Türk dünyasını bu tarixi Qələbə münasibətilə ürəkdən təbrik edirəm. Allahdan Sizə uzun ömür, cansağlığı arzulayıram. Allah Sizi, Ordumuzu və bütün Türk dünyasını qorusun

Hörmətlə,

Cəbrayılov Niyətxan Cəbrayıl oğlu

Azərbaycan Respublikası, Qobustan rayonu.