Sərdar Məmmədovdan, Yevlax, Azərbaycan
Müzəffər Ordumuzun Ali Baş Komandanı, çox hörmətli Prezident cənab İlham Heydər oğlu Əliyev!
Siz bu zəfər günləri ulu babamız Şah İsmayıl Xətainin vaxtı ilə əmanət etdiyi dilbər güşələrimizi Qarabağımızı, vətənimizin ürəyini-mənfur düşməndən azad edərək xalqımıza ərməğan etdiniz. Sizə min dahidən, sərkərdədən, qüdrətli bir şəxsiyyət olduğunuzu deməyi qalib ölkənin bir vətəndaşı kimi özümə borc bildim. Siz Böyük Türk dünyasının qurucuları- Atanız ulu öndərimiz Heydər Əliyevin vəsiyyətlərini və Atatürkün “Hərb və müharibə demək, iki millətin yalnız iki ordusunun deyil, hər iki millətin bütün varlıqları ilə və bütün var yoxu ilə, bütün maddi - mənəvi gücləri ilə qarşı-qarşıya gəlməsi və bir-biri ilə vuruşması deməkdir” - fikrini əldə rəhbər tutaraq Azərbaycan xalqının və onun oğullarının qəhrəman igid övladlar olduğunu 2-ci Qarabağ müharibəsində sübut etdiniz.
Bu dünyanın var dövləti ümmandır,
Gedən-gedib qalanları qalandı.
Unutmayaq yiyəsi yox talandı,
Bu torpaqda Cavanşir var, Babək var
Azərbaycan darda qalmaz heç zaman.
İlham kimi sərkərdəsi, oğlu var.
Hörmətlə,
Məmmədov Sərdar Məmməd oğlu,
Yevlax şəhər 4 saylı tam orta məktəbin müəllimi.
Azərbaycan Respublikası, Yevlax şəhəri.