11 dekabr 2020, 09:31

Ahmet Tecimdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Bu gün hər bir Azərbaycan vətəndaşının və o cümlədən özünə Türk deyən hər bir fərdin könlündə qürur hissi və gözündə sevinc göz yaşları var. Biz bu gün hər birimiz qürurluyuq. Qürurluyuq ona görə ki, 27 illik həsrətin sonunda qazanılan böyük qələbənin sevincini yaşayırıq. Bu unudulmaz sevinci, bəlkə də dünyada tayı-bərabəri olmayan 44 günlük mübarizənin ardından gələn mükəmməl qələbəni bizə yaşatdığınız üçün təşəkkürümüzü bildirir və günü-gündən inkişaf edən müstəqil Azərbaycanın rifahı üçün gördüyünüz işlərdə Sizə sarsılmaz güc, davamlı mübarizə ruhu və cansağlığı arzulayırıq. Ümummilli lider Heydər Əliyevin “Bir millət, İki dövlət” prinsipinə uyğun fəaliyyət göstərərək iki qardaş dövlət arasında mənəvi körpü rolunu oynayan Gəncliyə Yardım Fondu və onun əməkdaşları bu gündən sonra da sizin müsəlləh əsgəriniz olaraq işğaldan azad edilən Qarabağ torpaqlarımızda da xidmət etməyə hazırdır. Biz bir daha Sizə öz təşəkkürümüzü bildirir və vətənimizin azadlığı uğrunda canlarından keçən bütün şəhidlərimizi rəhmətlə anırıq.

Eşq olsun Ali Baş Komandana! Eşq olsun şanlı Azərbaycan Ordusuna!

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Hörmətlə,

Ahmet Tecim,

Gəncliyə Yardım Fondunun vitse-prezidenti.

Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu.