10 dekabr 2020, 17:11
Anar Əzimovdan, Bakı, Azərbaycan
Müzəffər Ali Baş Komandan!
Mən şəxsən öz adımdan və ailəmiz adından Sizə təşəkkür edirəm. Siz mənim baba yurdum olan Ağdam rayonu Seyidlər kəndini bizlərə qaytardınız. Siz türk dünyasının sərkərdəsisiniz. Həmişə Sizinlə görüşməyi arzulamışam. Mən Bakı Dövlət Universitetində təhsil aldığım zaman Siz orada açılışa gəlmişdiniz, lakin boyumun qısa olması Sizi görməyimə mane oldu. İnşallah Sizi yaxından görmək mənə də qismət olar.
Allah Sizi və xalqımızı qorusun!
Hörmətlə,
Əzimov Anar Yaşar oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri.