11 dekabr 2020, 20:23
Fikrət Əmirovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident,
Birinci Qarabağ müharibəsinin veteranı və şəhid qardaşı kimi torpaqlarımızın azad olunması münasibətilə Sizə ürəkdən minnətdarlıq bildirirəm.
Bu zəfər elə bir uğur oldu ki, Siz min illərlə xatırlanacaqsınız. Arzularımdan biri də Şuşanın türk dövlətlərinin mədəniyyət paytaxtı elan edilməsi, bu tarixi hadisənin Sizin adınızla bağlı olması və hər il türk dövlətləri başçılarının Şuşada toplaşmasıdır.
Siz artıq bütün Türk dünyasının lideri olmağa layiqsiniz və bu Sizin haqqınızdır. Nə yaxşı ki, biz də Azərbaycan türküyük və Sizinlə eyni zamanda yaşayırıq.
Sizinlə qürur duyuram.
Hörmətlə,
Əmirov Fikrət
Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu