09 dekabr 2020, 09:53

Zaur Əsədzadədən, Varşava, Polşa

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev!

Vətən müharibəsində tarixi Qələbəmiz münasibətilə Sizi və bütün xalqımızı təbrik edirəm. Bu Qələbə Sizin qətiyyətli və müdrik siyasətinizin, Azərbaycan xalqının sarsılmaz mənəvi gücünün, Prezident-xalq birliyinin və şanlı Ordumuzun rəşadətli mübarizəsinin nəticəsidir. Bu Qələbə haqq-ədalətin Qələbəsidir. Azərbaycan torpaqlarında haqq-ədaləti bərpa edən, bizlərə Zəfər Gününün sevincini yaşamağı nəsib edən Müzəffər Ali Baş Komandanımıza və yenilməz Azərbaycan Ordusuna eşq olsun! Cənab Prezidentim, Vətən müharibəsi dövründə verdiyiniz bütün müsahibələri maraq və diqqətlə oxuyub, bir daha Sizinlə qürur duydum. Sizin hər müsahibəniz Azərbaycan tarixini bilməyənlər üçün bir dərs, Azərbaycanı sevənlər üçün bir proqram, gələcəyə işıq saçan bir platformadır. Bizə bəxş etdiyiniz tarixi Qələbə - Zəfər Günü qürurumuzu, şərəfimizi özümüzə qaytardı. Artıq hər yerdə başı uca, qalib xalqın övladı kimi gəzirik. Başınız hər zaman uca olsun, Müzəffər Ali Baş Komandanım! Bir daha Sizə və bütün xalqımıza cansağlığı, firavanlıq və tərəqqi arzu edirəm. Allah Sizləri qorusun, Allah Şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.

Qarabağ Azərbaycandır! Zəfər bizimdir!.

Dərin hörmət və ehtiramla,

Əsədzadə Zaur Ədalət oğlu, Polşa İqtisadiyyat və İnsan elmləri universitetinin magistrantı (The University of Economics and Human sciences)

Polşa, Varşava şəhəri.