04 dekabr 2020, 18:04

Oqtay Ağayevdən, Qəbələ, Azərbaycan

Salam, hörmətli Prezident, cənab İlham Əliyev.

Bu gün Sizə məktub yazmağımın səbəbi, sözsüz ki, son vaxtlar Sizin Azərbaycan xalqına verdiyiniz töhfə, tarixi qələbəmizdir. Bu qələbəni Siz bizə bəxş etdiniz. Təbii ki, bu duyğuları qələmə almaq mənim üçün çətindir. Mən həm 1-ci Qarabağ müharibəsi veteranı kimi, həm də bir müəllim kimi Sizə sonsuz təşəkkürümü bildirirəm. Bu müharibənin qələbə ilə başa çatması Sizin əzminiz, Ordumuzun şücaəti və xalqın qətiyyəti hesabına təmin olunub. Bu birlik torpaqlarımızı işğaldan azad etdi. Sizin "dəmir yumruğunuz" düşmənin başında çatladı. Düşmənin başını əzdi. Mən bu qələbə münasibətilə Sizi, xalqımızı, Ordumuzu, bütün türk dünyasını həm şəxsən öz adımdan, həm də Qəbələ rayon Ş.Məmmədov adına Məlikli kənd orta məktəbinin müəllim və şagird kollektivi tərəfindən təbrik edirəm, Sizə uzun ömür, cansağlığı, Azərbaycanın inkişafında uğurlar arzulayıram.

Hörmətlə,

Ağayev Oqtay Əlfəddin oğlu

Azərbaycan Respublikası, Qəbələ rayonu.