01 dekabr 2020, 16:48

Abı Abıyevdən, Masallı, Azərbaycan

Müzəffər Ali Baş Komandan.

Sizi, bütün Azərbaycan xalqını və şanlı Ordumuzu təbrik edirəm. Qarabağ savaşında – Vətən müharibəsində Ali Baş Komandan kimi qalib çıxdınız və böyük zəfər çaldınız. Azərbaycan yenidən dünyaya gəldi. Bu, Sizin müdrik siyasətiniz və peşəkar fəaliyyətinizin Qələbəsidir. Siz Ulu Öndərin vəsiyyətinə sadiq qaldınız və Qarabağımızı, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşamızı, digər rayonları – Laçını, Kəlbəcəri işğaldan azad etməklə Azərbaycan tarixinin qızıl səhifələrini yazdınız.

Biz Sizin ətrafınızda dəmir bir yumruqda birləşmişik. Bu yumruğu Paşinyanın başına endirib, onu iti qovan kimi qovdunuz. “Paşinyan nə oldu sənin yenilməz ordun?” – deməklə mənfur düşməni darmadağın etdiniz.

Əhsən Sizə! Eşq olsun Ali Baş Komandana! Eşq olsun şanlı Ordumuza!

Allah şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza şəfa versin!

Yaşasın Azərbaycan, Qarabağ Azərbaycandır!

Hörmətlə,

Abı Abıyev

Azərbaycan Respublikası, Masallı rayonu.