08 dekabr 2020, 12:58

Nicat Paşayevdən, Bakı, Azərbaycan

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan.

Bu gün Azərbaycanın ən yeni tarixi yazılır. Sizin geniş dünyagörüşünüzün, siyasi uzaqgörənliyinizin, diplomatik bacarığınızın, müzəffər, şanlı Ordumuzun birgə fəaliyyəti nəticəsində Azərbaycan torpaqlarında erməni terroruna son qoyulmuşdur. Sizin komandanlığınızla Müzəffər Azərbaycan Ordusu tariximizə qızıl hərflərlə həkk olunacaq şanlı qələbə yazmışdır. Vətən torpağının hər bir qarışı üçün siyasi arenalarda və döyüş meydanında qazandığınız uğurlar Azərbaycan xalqının yaddaşına həkk olunmuşdur. Bu sevincli qələbə xəbərinə görə Sizə və müzəffər, şanlı Ordumuza öz şəxsim və Paşayevlər ailəsi adından təşəkkürlərimi bildirirəm.

Allah Sizi, ailənizi, Azərbaycanı və Türk dünyasını qorusun. Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan Ordusu!

Hörmətlə,

Nicat Paşayev

Azərbaycan Respublikası, Bakı şəhəri.