Emil Xanlarovdan, Mingəçevir, Azərbaycan
Müzəffər Ali Baş Komandan,
Biz artıq Kəlbəcər rayonundan məcburi köçkün deyilik. Bu şanlı zəfəri bizlərə yaşatdığınız üçün ailəm və şəxsən öz adımdan Sizə dərin minnətdarlığımı bildirir, qucaq dolusu sevgilərimizi göndəririk.
İlin əvvəlində Sizə həsr etdiyim “Xalqın xidmətçisi” adlı kitabım artıq tamamlanacaq. Bütün şeirlərim Ulu Öndərimizə, Sizə və uğurlu siyasətinizə həsr olunub. “Kəlbəcər” adlı şeirimi də Sizə təqdim etməkdən məmnunluq duyuram.
Dədə Şəmşirimin sazlı oylağı,
Dəlidağ, İstisu, Zarı, Çırağı...
Sücaət, Bəhməndən gələr sorağı.
İgidlər suyunu bulaqdan içər,
“Çay üstündə qala”, azad Kəlbəcər!
Toxunum mən sənə, öpüm torpağı,
Sərkərdən gətirib müjdə sorağı.
Mağara diyarı, qılınc-orağı...
İgidlər suyunu bulaqdan içər,
“Çay üstündə qala”, azad Kəlbəcər!
Tərtərçay ətrafı salamlar səni.
Türk tayfalarımın, qədim məskəni.
Tərk edib gedərmi sevən sevəni?
İgidlər suyunu bulaqdan içər,
“Çay üstündə qala”, azad Kəlbəcər!
Bitdi kədərimiz, gözümüz aydın!
Türkün qüdrətini dünyaya yaydın!
İlham vədəsində günləri saydın...
İgidlər suyunu bulaqdan içər,
“Çay üstündə qala”, azad Kəlbəcər!
Emiləm həsrətim bitdi nəhayət,
Göstərdi ordumuz mətin-şücaət.
Ruhum gedib-gəlib etdi səyahət...
İgidlər suyunu bulaqdan içər,
“Çay üstündə qala”, azad Kəlbəcər!
Möhtərəm Prezidentim, həyatımda ən böyük arzum “Qələbə”, “Şuşa”, “Ulu Öndər”, Qarabağ Azərbaycandır!” şeirlərimi Sizin hüzurunuzda söyləməkdir.
Hörmətlə,
Xanlarov Emil Mikayıl oğlu
Azərbaycan Respublikası, Mingəçevir şəhəri.