Etibar Bababəylidən, Naxçıvan, Azərbaycan
Cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-dən keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində ard-arda rayonlarımızın düşmən tapdağından azad edilməsi Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi Sizin müdrik rəhbərliyinizin nəticəsidir. Sizi və müzəffər Azərbaycan Ordusunu Qarabağın azad olunması münasibətilə təbrik edirəm. Mən Sizinlə və şanlı Ordumuzla fəxr edirəm və qürur duyuram. Ulu öndərimiz Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq və onun vəsiyyətinə əməl edərək işğal altındakı torpaqlarımızı, xüsusilə də Şuşa şəhərini işğaldan azad etdiniz.
Əziz Prezidentimiz, Siz Şuşanın azad edilməsi xəbərini Şəhidlər xiyabanından xalqa çatdırmaqla mənəvi dəyərlərimizə sadiq, vətənpərvər, qeyrətli Azərbaycan oğlu olduğunuzu bir daha təsdiq etdiniz. 1990-cı ildə Nehrəm kənd ağsaqqalarının ulu öndərimiz Heydər Əliyevə Qarabağın düzgün həll variantı haqqında verdikləri sualın cavabı onun vəsiyyətinə və arzusuna tam uyğundur. Son 200-ildə dəfələrlə basılan, qarış-qarış yonulan Azərbaycan torpaqlarının bütövləşməsi, türk dünyası ilə pozulmuş coğrafi ərazilərin bərpa olunması Sizin məqsədyönlü, doğru siyasətinizin nəticəsidir. Naxçıvanla Azərbaycan, Türkiyə ilə Azərbaycan və Azərbaycan üzərindən Türkiyə-Rusiya-dünya ölkələri quru yolunun açılmasını həmişə xəyal etmişik. Bu gün bu gerçəkdir, həqiqətdir, tarixi sənətdir!
Güclü və iradəli Prezident, Müzəffər Ali Baş Komandan, bu möhtəşəm hadisə ilə bağlı Siz başda olmaqla bütün xalqımızı təbrik edir və 9 Noyabr Dövlət Bayrağı günü ərəfəsində xalqımıza bu sevinci yaşadıb şanlı Bayrağımızı Şuşada ucaltmaqla tarix yazdığınızı fəxarətlə vurğulayıram. Sizi və şanlı Ordumuzu möhtəşəm Qələbə münasibətilə şəxsən özüm və ailəm adından ürəkdən təbrik edirik, igid, qəhrəman tarix yazan əsgər və zabitlərimizə cansağlığı, uzun ömür və müvəffəqiyyətlər arzulayırıq.
Şəhidlərimizin ruhu qarşısında baş əyirəm, yaxınlarına səbir diləyirəm!
Şəhidlərimizin ruhu şad olsun! Şəhidlərimizə Allah rəhmət etsin!
Eşq olsun Ali Baş Komandana! Eşq olsun Ordumuza!
Ulu Tanrı Sizi, Azərbaycan Ordusunu, əsgər və zabitlərimizi qorusun!
Yaşasın Ali Baş Komandan! Yaşasın Ordumuz!
Yaşasın Azərbaycan! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Hörmətlə,
Etibar Bababəyli,
Naxçıvan Muxtar Respublika Xəstəxanası,
Akademik M.A.Topçubaşov adına ECM-in doktarantı, ali dərəcəli cərrah, ixtiraçı alim, Tibb üzrə fəlsəfə doktoru.
Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri.