Mahmud Yəhyayevdən, Bakı, Azərbaycan
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan!
Bu məktubu Sizə yazan 78 yaşlı təqaüddə olan müəllimdir. Mənim atam İkinci Dünya müharibəsinə gedib, geri qayıtmayıb. Nə o məni, nə də mən onu görmədim. Bu yaşımda belə onun yolunu gözləyirəm. Ancaq şəkilləri ilə təsəlli tapıram.
Bunları yazmaqda məqsədim müharibə dəhşətlərini hələ uşaq ikən öz üzərimdə hiss etdiyimi bildirməkdir.
İkinci Dünya müharibəsində faşist Almaniyası dünyanı bu müharibəyə alət etdiyi kimi, bizim mənfur qonşularımız ermənilər də Vətənimizi həmin üsulla müharibəyə məruz qoydu. Rəhmətlik Ulu Öndərin vaxtı çatmadı ki, onların cavabını versin. Vaxtsız əcəl onun arzularını yarımçıq qoydu.
Allahımıza şükürlər olsun ki, Sizin kimi bir sərkərdəni bizə bəxş etdi. Sizin fəaliyyətiniz Azərbaycanımızın günü-gündən çiçəklənməsində özünü göstərdi. Ulu Öndərin yarımçıq qalmış arzularını Siz tamamladınız.
30 illik fasilədən sonra öz zəkanızın sayəsində yaratdığınız Ordu və xalqımızın gücü ilə yağı düşmənin yuvalarını darmadağın etdiniz, düşməni iti qovan kimi qovdunuz.
Sizə və ailənizə uzun ömür, cansağlığı arzu edirəm. Sizin bu şücaətiniz “Generalissimus” adına layiqdir. Siz “nöqtənin” cavabında “Nida” işarəsi qoydunuz və ona əməl etdiniz. Sizə balaca bir şeirimi göndərirəm.
Ali Baş Komandan! Xalqın İlhamı,
Xalqında birlik yaratdın, Ordunda inamı.
Cəsarətinlə, savadınla mat qoydun dünyanı,
Sənə alqış deyir Türk dünyasında hamı,
Faşistlərə divan tutdun, uddurdun qanı!
Şah İsmayıldan sonra Sən
Dünyaya tanıtdın Azərbaycanı.
Azad etdin Qarabağ kimi məkanı,
Şəhidlərimizin yerdə qalmadı qanı,
Tam dedin faşistlərə, azəri oğlunu tanı!
Dahi Heydərin qəhrəman oğlu,
Fəxr edir ellərimiz bu uğurla hamı
Səndə Babək cəsarəti var, Nəbi, Koroğlu,
Əskilməsin heç zaman Türkün bu uğuru.
Qızıldan tarix yazdın bizim Ulu Öndər oğlu!
Hörmətlə,
Yəhyayev Mahmud Mehrəli oğlu,
Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi.