Gülzar Ocaqverdiyevadan, Goranboy, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Sizin xalqımıza bəxş etdiyiniz xoş müjdələrə görə şəhid milli qəhrəman anası olaraq özümə borc bildim ki, Sizə bütün şəhid anaları adından dərin minnətdarlığımı bildirim. Cənab Prezidentim, Kəlbəcər rayonunun dinc, qansız-qadasız alınması məhz Sizin Ali Komandanlığınız altında şanlı Ordumuzun əzəməti sayəsində baş verdi. Məhz, Sizin dəmir iradəniz və mükəmməl siyasətiniz nəticəsində on illərdi davam edən bu müharibəyə son qoyulur. Siz dediyiniz kimi bütün şəhidlərin qanını yerdə qoymadınız. İndi mənim şəhid oğlumun da ruhu şaddır. İndi mən ölsəm də bu dünyadan rahat köçəcəyəm. Türk dünyasının igid oğlu, Müzəffər Ali Baş Komandanım əsrlər boyu başı bəlalar çəkən Azərbaycanımın xilaskarı və qəhrəmanı kimi Sizə şəxsən öz dərin minnətdarlığımı bildirirəm. Uca Tanrı Sizi qorusun.
Hörmətlə,
Ocaqverdiyeva Gülzar, Milli Qəhrəman Sərxan Ocaqverdiyevin anası.
Azərbaycan Respublikası, Goranboy rayonu, Tatarlı kəndi.