Vahid Quliyevdən, Yevlax, Azərbaycan
Cənab Prezident.
Sizi, bütün Azərbaycan xalqını faşist ermənilər üzərində tarixi Qələbə münasibəti ilə ailəmiz adından təbrik edirəm. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Siz bu qələbənizlə Azərbaycan dövlətçiliyinin siyasi və hərb tarixində misli görünməmiş, Azərbaycan tarixində heç bir hökmdarın, dövlət başçısının edə bilmədiyi Qəhrəmanlıq salnaməsi yazdınız.
Bütün türk dünyası, Azərbaycan xalqı xoşbəxtdir ki, Uca Tanrı ulu öndər Heydər Əliyevdən və Mustafa Kamal Atatürkdən sonra türk dünyasına, Azərbaycan xalqına Əliyev İlham Heydər oğlu və Rəcəb Tayyib Ərdoğan kimi müdrik, dünya şöhrətli siyasətçi, sərkərdə, öz siyasi, hərbi gedişləri ilə dünya xalqlarını mat qoymuş qəhrəman rəhbərlər bəxş etmişdir. Tanrı Sizləri qorusun!
Möhtərəm Prezident, ailə üzvlərimiz arzu edir ki, Azərbaycanın Ali hərbi ordeni - “Qələbə” ordeni təsis edilsin. 1 nömrəli vəsiqə Azərbaycan dövlətçiliyinin iqtisadi, siyasi və hərbi tarixində misli görünməmiş qəhrəmanlıqlar göstərmiş, işğal olunmuş torpaqlarımızı, Azərbaycanın incisi olan Şuşa şəhərini 44 gündə erməni faşistlərdən azad edərək, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Əliyev İlham Heydər oğlunun adına yazılsın.
Allah Sizi qorusun, Tanrı Sizə yar olsun!
Yaşasın Azərbaycan!
Yaşasın Azərbaycan Ordusu!
Yaşasın Azərbaycanın Qəhrəman oğlu, müdrik Prezidenti, Ali Baş Komandan Əliyev İlham Heydər oğlu.
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Vahid Quliyev
Azərbaycan Respublikası, Yevlax şəhəri.