Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Hidregeoloji-meliorativ Xidmət İdarəsinin kollektivindən, Bakı, Azərbaycan
Hörmətli Cənab Prezident!
Azərbaycanın tarixində çox əhəmiyyətli qələbə olan Qarabağın işğaldan azad olunması münasibəti ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Hidrogeoloji - Meliorativ Xidmət İdarəsinin kollektivi adından Sizi təbrik edirik.
Biz torpaq və suyun müqəddəsliyinə inanır, onların nəyə qadir olduğunu yaxşı bilirik. Torpaq uğrunda bu Qələbə ilə Siz bir daha sübut etdiniz ki, böyük şəxsiyyətlər, görkəmli sərkərdələr yetirən xalqın böyüklüyü onun sayca az və ya çox olmasında deyil. 30 ildir röyalarda gördüyümüz işğal altında olan Qarabağ torpaqlarının azad olunması üçün Sizin rəhbərliyinizlə aparılan əks-hücum əməliyyatları hər birimizin qəlbini qürur və fərəh hissi ilə doldurdu.
Cənab Prezident, dünya hərb tarixinə türk milləti qədər hərbi sərkərdə verən millət yoxdur. Siz Qarabağ uğrunda bu Qələbə ilə sübut etdiniz ki, Azərbaycan xalqı hələ tükənməyib, hələ var, olacaq və dünya hərb tarixinə İlham kimi öz qəhrəman sərkərdələrinin adlarını yazdıracaq. Bu böyük Qələbə Sizin uzaqgörənliyiniz, müdrik rəhbərliyiniz və dəqiq planlarınız, həmçinin cəsarətiniz və son məqsədə çatmağa olan qətiyyətiniz sayəsində əldə edilib. Siz Qarabağ münaqişəsində hərbi qələbə ilə yanaşı türk dünyası düşmənlərinin yaratdığı “yazıq erməni” obrazını, erməni “soyqırımı” iddialarını darmadağın etdiniz və dünyada miqyasına görə sərhəd tanımayan erməni vandalizmini bədxahlara onların öz dünya görüşləri ilə açıb göstərdiniz. Siz bu Qələbə ilə Azərbaycanın nəyə qadir olduğunu bütün dünyaya bir daha bəyan etdiniz və xalqa onun Koroğlu, Babək ruhunu qaytarmaqla millətin müstəqillik, azadlıq yanğısının nəyə qadir olduğunu göstərdiniz.
Bu həqiqətdir ki, dünyada pandemiya da daxil olmaqla, qarşıda ciddi çağırış var. Biz əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycan bu çağırışın da öhdəsindən layiqincə gələcək, regionda və daha geniş coğrafiyada yeni uğurları ilə nümunə olacaq və daim rifah içində yaşayacaq.
Hörmətlə,
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Hidregeoloji-meliorativ Xidmət İdarəsinin kollektivi,
Azərbaycan Respublikası, Bakı şəhəri