Tofik Kərimovdan, Bakı, Azərbaycan
Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan,
Mənim ailəm, həmçinin Bakıda, Dərbənddə, Mahaçkalada, Moskvada, Sankt-Peterburqda yaşayan çoxsaylı dostlarım Sizi, müdrik rəhbərliyinizlə zəfər qazanan şanlı Ordumuzu və böyük xalqımızı Qələbə münasibətilə ürəkdən təbrik edir!
Mənim 64 yaşım var. Vətən müharibəsi başlayandan mən də özümə yer tapmır, Sizin əsgəriniz kimi ölkəmə yararlı olmaq istəyirdim!
Ermənilər tarix boyu məkrli planlarını həyata keçirməyə çalışıblar, məqsədlərinə çatmaq üçün hiylədən, xainlikdən istifadə ediblər.
Vətən müharibəsinin 44 günü ərzində ermənilər yenə xainliyə əl atdılar, gücünü döyüş bölgəsində sınamaq əvəzinə yaşlılara, uşaqlara və qadınlara hücum etdi, silahsız insanları qətlə yetirdi, qadağan olunmuş raketlərdən istifadə etdi.
Azərbaycan əsgəri bu xainliyin cavabını cəbhədə verdi. Ermənilər də başa düşdü ki, əbədi olaraq haqq nahağa qalib gəldi.
Mən Dərbənd şəhərində anadan olmuşam, amma uzun illərdir Bakı şəhərində yaşamış, oxumuş, dövlət işində çalışmışam. Hər zaman biliyimi, təcrübəmi Azərbaycan naminə sərf etmişəm.
Bir daha Vətənimiz Azərbaycanla, ölkəmizlə, Prezidentimizlə və Ali Baş Komandanımızla qürur duyduğumu, bütün ətrafımla Azərbaycanın doğma torpaqlarını qorumaq üçün bir əsgər kimi hazır olduğumu bildirirəm.
Hörmətli Prezidentimiz, Ali Baş Komandanımız, Sizin sayənizdə - təmkininizin, qətiyyətinizin, uzaqgörənlik və müdrikliyinizin sayəsində bu bölgəyə sülh gəlir!
Sizinlə və ətrafınızdakı güclü komanda ilə fəxr edirəm. Bu gün Siz Azərbaycan tarixini yenidən yazırsınız!
Yaşasın Bizim Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyev! Yaşasın bizim rəşadətli Azərbaycan Ordumuz! Yaşasın bizim Azərbaycan Respublikası!
Yaşasın bizim böyük Türk Dünyamız! Qarabağ Azərbaycandır!
Hörmətlə
Kərimov Tofik Əliməmməd oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.