24 noyabr 2020, 15:11

Turman Əliyevdən, Bakı, Azərbaycan

Möhtərəm Prezident!

Siz Azərbaycan xalqının böyük oğlu, aslan biləkli və polad yumruqlu Prezidentisiniz.

Yaşadığım qəsəbənin adından müraciət edərək Sizi Qələbə münasibətilə təbrik edirik.

1918-ci il sentyabrın 15-də türk xalqının böyük oğlu Nuru Paşanın Bakı şəhərini və bütöv Azərbaycan xalqını düşməndən azad etməsi hamımızın yaddaşında silinməz iz qoyub.

Cənab Prezident və Ali Baş Komandan! Vətən müharibəsində qazandığımız qələbələr, türk xalqının və dövlətinin bizi dəstəkləməsi Nuru Paşanın qəhrəmanlığını bir daha yada saldı.

Bu səbəbdən düşünürük ki, Bakı şəhərində Nuru Paşanın, Xankəndidə Rəcəb Tayyib Ərdoğanın, Şuşada isə Sizin - İlham Heydər oğlu Əliyevin heykəllərinin qoyulması hamının ürəyincə olar. Hətta bu heykəllərdən birinə xərclənəcək vəsaitin toplanmasında iştirak etməyə hazırıq.

Cənab Prezident, yaşadığım ərazidə hər kəs - ağsaqqallar, müəllimlər, ziyalılar təklifimizi böyük alqışlarla qarşıladılar. Əgər bu heykəllər qoyularsa, əbədi olaraq düşmən gözünə ox kimi sancılar.

Cənab Prezident, təəssüf ki, ömürdən pay olmur. Əgər olsaydı, heç birimiz bu payı Sizdən əsirgəməzdik.

Böyük hörmətlə,

Əliyev Turman Ələskər oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu.