24 noyabr 2020, 14:55

Müsabir Ocaqovdan, Bakı, Azərbaycan

Salam, müzəffər xalqın, Müzəffər Ali Baş Komandanı. Siz hərbi dühanızla əsl strateq kimi atəş açmadan, şəhid vermədən, noyabrın 20-də Ağdamı işğaldan azad etdiniz. Ağdamlılara sonsuz sevinc bəxş etdiniz. Hörmətli, Müzəffər Ali Baş Komandan, Ağdam sözü qədim türk dilində "kiçik qala" deməkdir. Ağdamlılar üçün Siz o kiçik qalanı məğlubedilməz qalaya çevirdiniz. Çox istərdim ki, o qalaya yeni ad - İlham Qalası şəhəri adı verilərək əbədiləşdirilsin. Ağdam adı İlham Qalası adı ilə tarixini davam etdirsin. Bir daha Sizə hərbi strateq kimi sonsuz ehtiramımı bildirirəm. Hörmətlə, Ağdam rayonu, Papravənd kənd sakini.

Hörmətlə,

Ocaqov Müsabir Əli oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu.