Füzuli Behbudovdan, Göyçay, Azərbaycan
Hörmətli Prezident, qalib Ordumuzun Ali Baş Komandanı cənab İlham Əliyev!
Sizin 44 gün apardığınız müharibə erməni qaniçənlərinə dərs oldu. Bütün azərbaycanlılara Siz fərəh, sevinc bəxş etdiniz. Mən 44 günlük müharibə dövründə zabit atası kimi televizorun qarşısında oturub qələbə çalacağımız anı gözləmişəm. Mənim qələbəmizə inamım müharibə başlayan gündən başlamışdır.
Siz bu qələbə ilə xalqımızın Sizə olan ümidlərini doğrultdunuz. Siz eyni vaxtda bir oğul kimi Ulu Öndərimiz - atanız Heydər Əliyevin vəsiyyətini yerinə yetirdiniz. Mən, Sizinlə fəxr edirəm ona görə ki, Sizin rəhbərliyiniz altında döyüşən əsgər və zabitlərdən birinin atasıyam.
Buna görə mən və ailəmiz çiçəklənən Azərbaycanın gələcəyi naminə Sizə yeni qalibiyyətlər arzu edirəm. Əsl türk oğlu Sizin kimi olmalıdır.
Hörmətlə,
Behbudov Füzuli Qurban oğlu
Azərbaycan Respublikası, Göyçay şəhəri.