21 noyabr 2020, 14:25
Elgün İsmayılov və başqalarından, Masallı, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizi böyük Qələbə münasibətilə xalqımız adından ürəkdən təbrik edirik. Siz bu Qələbə ilə xalqımızın özünə inamını, qürurunu, mənliyini qaytardınız, son 30 il içində çəkdiyi mənəvi əzablardan qurtardınız. Buna görə Sizə möhkəm cansağlığı, uzun ömür, dövlətimizin inkişafı naminə gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Bizlər də xalq artisti Mənsum İbrahimovun Sizə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adının verilməsi təklifini bəyənir və dəstəkləyirik.
Allah Sizi qorusun!
Hörmətlə,
İsmayılov Elgün,
Kərimov Ağa,
Əsgərov Elşad,
Seyfullayev Valeh,
Bağırova İlahə.
Azərbaycan Respublikası, Masallı rayonu, Şərəfə kəndi.