21 noyabr 2020, 11:06
Şəhriyar Məmmədovdan, Xocalı, Azərbaycan
Tarixi yazan, tarixlərə yazılan, Qarabağ böyüklükdə sağalmaz yaramızın məlhəmi olan, könlümüzdə əbədi taxt quran Ali Baş Komandanımız, Prezidentimiz, atamız, qardaşımız olan cənab İlham Əliyev!
Allahın salam və salamatlığı üstünüzdən əskik olmasın. Sizə olan sevgimizdən, məhəbbətimizdən bir kitab yazardım, lakin əfsuslar olsun ki, burada yer məhduddur. Sizin qarşınızda baş əyərək, bir Xocalı sakini olaraq Sizə minnətdarlığımı bildirirəm. Qələbə günümüz mübarək olsun! Uca yaradan Sizi, xalqımızı, şanlı Ordumuzu və bütün türk dünyasını qorusun!
Hörmətlə,
Məmmədov Şəhriyar Mətləb oğlu.
Azərbaycan Respublikası, Xocalı şəhəri.