Ruslan Zeynalovdan, Ağdam, Azərbaycan
Zat-aliləri, cənab Ali Baş Komandan! Azərbaycan Respublikasının vətəndaşı olaraq Qələbəmiz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Siz xalqımıza sonsuz sevinc, qürur, fəxarət hisləri yaşatdınız. Allah Sizi və ailənizi qorusun, Allah Sizə yardımçı olsun! Müzəffər Ali Baş Komandanım, gələcək işlərinizdə Sizə uğurlar, möhkəm cansağlığı arzulayıram. Sizin rəhbərliyiniz ilə işğaldan azad edilmiş doğma yurd yerlərimiz ümidvaram ki, tezliklə cənnətə çevriləcək. Biz Sizi sevirik, Sizə inanırıq və Sizi daim dəstəkləyirik! Bütün Azərbaycan xalqı Sizin ətrafınızda sıx birləşib. Yaşasın Müzəffər Ali Baş Komandanımız! Yaşasın Azərbaycanın Şanlı Ordusu! Qarabağ Azərbaycandır!
Hörmətlə,
Zeynalov Ruslan Rizvan oğlu.
Azərbaycan Respublikası, Ağdam rayonu, Qaradağlı kəndi.